27 Dekabr 2022 10:02
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması bəhanəsi ilə Ankaranı F-35 layihəsindən kənarlaşdırdıqdan sonra yeni danışıqlar prosesi başlayır.

Teleqraf.com xəbər verir ki, ABŞ Türkiyəyə ayrılmış F-35-ləri anqarda saxladıqlarını əsas gətirərək Türkiyədən kirayə haqqı tələb edərkən, Ankara layihə üçün ödənilən 1.4 milyard dolların geri qaytarılmasını, həmçinin dəymiş ziyanın ödənilməsini və hissələrin alınmasının davam etdirilməsini istəyir.

ABŞ-ın Türkiyə ilə bağlı verdiyi qərarı yenidən nəzərdən keçirməyə hazırlaşdığı gələn xəbərlər arasındadır.

Digər tərəfdən, 2021-ci ilin sentyabr ayından etibarən ABŞ-dan 40 ədəd “F-16 Viper” təyyarəsinin alınması və 79 ədəd F-16-nın modernləşdirilməsi ilə bağlı texniki işlər davam edir.

Pentaqon iddia edir ki, Türkiyənin S-400 və F-35-ləri vahid hərbi sistemdə istifadə etməsi təhlükəsizlik probleminə səbəb olacaq.

Türkiyə hava hücumundan müdafiə sistemi ehtiyacını müttəfiqlərindən təmin edə bilmədiyi üçün Rusiyadan S-400 aldıqdan sonra F-35 layihəsindən təcrid olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan keçən ay Özbəkistan səfərindən qayıtdıqdan sonra mövzu ilə bağlı açıqlama vermişdi: “F-35 məsələsi əslində Amerikanı bizi narahat etdiyindən daha çox narahat edir. Niyə? Çünki üzərimizə düşəni etmişik. Ödənişlərimizi etdik, amma təəssüf ki, bu ödənişlər öz nəticəsini vermədi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər