11 Yanvar 2023 11:45
2 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olundu:

***

Pakistanın keçmiş baş naziri İmran Xan hökumətin Əfqanıstanı diqqətdən kənarda saxladığını deyib.

Teleqraf.com xəbər verir ki, sabiq baş nazir ölkə rəsmilərinin əfqan həmkarları ilə görüşdən yayındıqlarını bildirib.

Xan qeyd edib ki, xarici işlər naziri Bilaval Bhutto Zərdari ilk xarici səfərini Əfqanıstana etməli idi, amma bu, belə olmadı. O, Pakistan hökumətinin ölkədə terrorçu fəaliyyətlərin qarşısını almaq üçün Əfqanıstan rəhbərliyi ilə əməkdaşlığının vacibliyinə diqqət çəkib.

Nazirlərin Əfqanıstanla bağlı məsuliyyətsiz açıqlamalar verdiyini deyən Xan münasibətlərin pisləşəcəyi təqdirdə Kabilin İslamabadla əməkdaşlığa son qoymasının heç vaxt bitməyən müharibəyə gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Daxili işlər naziri Rana Sənaullah Əfqanıstan Talibanının Pakistan Talibanına (TTP) qarşı tədbir görməyəcəyi təqdirdə Əfqanıstandakı TTP məntəqələrinin hədəfə alına biləcəyini söyləyib.

Talibanın sözçüsü Zabihullah Mücahid Sənaullahın açıqlaması ilə bağlı Əfqanıstana hücum etməyə heç kimə icazə verməyəcəklərini bildirib.

Pakistan TTP-ni terror təşkilatı hesab edir.


Müəllif: Mənsur Rəğbətoğlu