16 Yanvar 2023 10:03
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ABŞ-dan alacağı F-16 qırıcıları Yunanıstanın gündəmindən düşmək bilmir.

Teleqraf.com xəbər verir ki, Yunanıstan mətbuatı ABŞ-ın Türkiyəyə F-16 verməyəcəyinə emid edərək, erməni və yunan lobbilərinə yaxınlığı ilə tanınan amerikalı senator Bob Menendezin buna əngəl olacağını ehtimal edir.

Mövzu ilə bağlı Yunanıstanın “Katmerini” qəzetindən maraqlı şərh gəlib. Yunanıstan və Türkiyə arasında idarə olunan gərginliyin ABŞ üçün “qızıl mədəni” olduğunu yazan qəzet yunan hökumətini də tənqid edib.

ABŞ-ın Türkiyənin NATO-ya üzv olmaq istəyən İsveçə verdiyi təpkini dəyərləndirdiyini ifadə edən nəşr bunun əslində Yunanıstan üçün bir məğlubiyyət olduğunu yazıb.

“Bu, Yunanıstan üçün siyasi məğlubiyyətdir. Çünki əslində Yunanıstan özünün strateji müttəfiqləri olduğunu düşünür, amma təkcə ABŞ-ın inteqrasiyasına müzakirəsiz razılıq verir. Bu, həm məğlubiyyətə, həm də alçaldılmaya səbəb olur”, - məqalədə vurğulanıb.

Yunanıstanın yanlış yolda olduğunu bildirən “Katmerini” Türkiyənin bir çox ölkə ilə silah və hərbi texnika mübadiləsi etdiyini və bu səbəbdən Afinanın buna qarşı bir şey etməsinin mümkün olmadığını qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu