19 Yanvar 2023 09:54
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni F-16-ların alınması və mövcud olanların modernizasiya edilməsi gündəmimizdəki əsas mövzu idi”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündən sonra deyib.

Çavuşoğlu İsveç və Finlandiyanın NATO üzvlüyünə də toxunub:

“İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsini müzakirə etdik. Türkiyə olaraq indiyə qədər atılan addımları alqışladıq. İsveç hələlik yolun başlanğıcındadır. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün üçtərəfli saziş imzaladıq, burada hansı addımların atılacağı bəllidir”.

Nazir amerikalı həmkarı Blinkenə ABŞ-ın Türkiyə-Yunanıstan və Kipr məsələlərində balanslı olmasının lazım olduğunu bir daha xatırlatdığını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu