İraqın paytaxtı Bağdadda insanların sıx məskunlaşdığı yerlərə bombalı hücum təşkil olunub.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, partlayışlar nəticəsində ən azı 45 dinc sakin öldürülüb, 64-ü isə yaralanıb.
Rəsmilər hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyinin araşdırıldığını açıqlayıblar.
Partlayış yaxınlıqdakı yaşayış evlərinə və mağazalara ciddi ziyan vurub.
Samir