Oxşar xəbərlər
Belarus Prezidenti Aleksandr Lukaşenko qırğız həmkarı Sadır Japarova MDB Nizamnaməsinin imzalanmasının 30 illiyi münasibətilə təbrikinə görə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Belarus lideri hazırda qurumun işinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
“Hazırkı çətin məqamda birliyin fəaliyyəti regional təhlükəsizliyin, sülhün və iqtisadi sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərin birləşdirilməsi üçün xüsusi önəm kəsb edir”, - Lukaşenko bildirib.
Belarus prezidenti qeyd edib ki, MDB postsovet məkanında, xüsusən də birliyə üzv dövlətlər arasında dialoqun inkişafında mühüm rol oynayır. Lukaşenko təşkilat çərçivəsində dialoqun respublikaların tarixi ümumiliyinə əsaslandığını da vurğulayıb.