31 Yanvar 2023 08:44
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Geo.tv" telekanalı xilasetmə xidmətinə istinadən məlumat yayıb.

"Çərşənbə axşamı səhər saatlarında xilasedicilərin dağıntılar altından daha 9 cəsədi çıxarması ilə Pişəvərdə məsciddə terrorçu-intiharçı tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb", - deyə məlumatda bildirilir.

Daha 150 nəfərin yaralandığı qeyd edilir.

Xatırladaq ki, daha əvvəl 59 nəfərin öldüyü, 157 nəfərin yaralandığı bildirilirdi.

Qeyd edək ki, ötən gün Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib. Partlayışdan sonra məscidin tavanı və divarları çöküb. Çoxlu insan dağıntılar altında qalıb.

Partlayışa görə məsuliyyəti "Təhrik-e-Taliban Pakistan" terror təşkilatı öz üzərinə götürüb.


Müəllif: Teleqraf.com