1 Fevral 2023 15:38
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Moskvadakı keçmiş səfiri Con Sallivan Rusiyaya rəğbətini etiraf edib.

Teleqraf.com xəbər verir ki, diplomat bu barədə Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzində çıxışı zamanı danışıb.

Sallivanın sözlərinə görə, Rusiya bundan sonra da siyasətin və beynəlxalq təhlükəsizliyin əsas mərkəzi olaraq qalacaq.

“Böyük oyunçu olacaqlar? Bəli!”, - sabiq səfir bildirib.

Bundan əlavə, diplomat rus dilini öyrənməyi “son dərəcə çətin” adlandırıb. “Son dərəcə çətin dil”i öyrənməyə başlamasından danışan Sallivan rus mədəniyyətinə valeh olduğunu və Rusiyanı çox sevdiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər