Ukrayna Dövlət İstintaq Xidmətinin əməkdaşları 2018-ci ildə helikopterlərin alınması ilə bağlı bu ölkənin erməni əsilli sabiq daxili işlər naziri Arsen Avakovun evində axtarış aparıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuata sözügedən qurumdan məlumat verilib.
“Xidmət Avakovun evində 2018-ci ildə helikopterlərin alınması işi ilə bağlı axtarışlar aparıb”, - məlumatda qeyd edilib.
Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi bu yaxınlarda Kiyev vilayətinin Brovarı şəhərində həmin il alınmış helikopterlərdən birinin qəzaya uğraması səbəbindən həlak olub.
Avakov mediaya verdiyi açıqlamada təsdiqləyib ki, Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət İstintaq Xidməti Fransanın “Airbus” helikopterlərinin alınması ilə bağlı evində axtarışlar aparıb.
Yanvarın 18-də Ukrayna Fövqəladə Hallar Nazirliyinin helikopteri Kiyev vilayətinin Brovarı şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində daxili işlər naziri Denis Monastirski, onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin katibi Yuri Lubkoviç həlak olub. Ümumilikdə biri uşaq olmaqla 14 nəfər ölüb.
Qəzaya uğrayan helikopter 2020-ci ilin avqustunda Fransa tərəfindən Ukraynaya təhvil verilib.
Ukrayna Təhlükəsizlik Xidməti faciə ilə bağlı bir neçə versiyanı nəzərdən keçirir: uçuş qaydalarının pozulması (pilot səhvi), texniki nasazlıq, təxribat.