Cibuti, Keniya, Somali və Efiopiya liderlərinin “Əş-Şəbab” terror qruplaşmasına qarşı mübarizə üzrə sammitinin başlamasına az qalmış Somali Prezidentinin paytaxt Moqadişodakı iqamətgahı minaatanlardan atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.
Prezident sarayının darvazalarına bir neçə mərmi düşüb, qurbanlar barədə məlumat yoxdur.