Rusiya Ukraynaya genişmiqyaslı işğalın ildönümü ilə eyni vaxta yeni hücum zamanını da təyin edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.
O bildirib ki, Rusiya Federasiyası rəsmi olaraq 300 min nəfəri səfərbər edib:
“Lakin sərhədlərdəki qoşunlara diqqət etdikdə görürük ki, bu rəqəm daha çoxdur. Rus qoşunları iki istiqamətdə hücuma cəhd edə bilər: Donbass və cənubdan. Tərəfdaşlarımıza deyirik ki, biz də tez bir zamanda hazır olmalıyıq. Ona görə də düşməni çəkindirmək üçün silah lazımdır. Çünki müharibədə hər şey təşəbbüslə həll olunur".
Nazir həmçinin Ukraynanın tez bir zamanda hava resursları əldə etməsi və müttəfiq ölkələr tərəfindən tədarük olunacağı ehtimal olunan təyyarələr üçün ukraynalı pilotlara təlim keçməsinin vacibliyini qeyd edib.