Yeniyetmələrin oyun oynamaq istəyi bədbəxt hadisə ilə başa çatıb.
Teleqraf.com ntv.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Nijni Novqorod şəhərində 8 yaşlı Tanya yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırma zamanı məlum olub ki, Tanyanın rəfiqələri onu döyüb, təhqir edib və sonra üzünə sirkə turşusu atıblar. Həmin qızların 6-cı və 9-cu sinif şagirdləri olduğu qeyd edilir.
Faktla bağlı polis idarəsində cinayət işi başlanılıb. İdarədən verilən məlumata görə, qızların yetkinlik yaşına çatmaması onları məsuliyyətdən azad edir. Ancaq uşaqların bu hərəkətinə görə valideynləri cavabdeh olacaq.
Xəstəxanadan 8 yaşlı qızın həyatı üçün isə təhlükənin olmadığı açıqlanıb.
Samir