4 Fevral 2023 14:32
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstandakı humanitar və maliyyə böhranı ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün fövqəladə təhlükə yaradır və bu kontekstdə elan edilən milli fövqəladə vəziyyət davam etməlidir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Bayden milli fövqəladə vəziyyətin Əfqanıstandakı humanitar böhran və iqtisadi çöküş ehtimalı ilə bağlı uzadılmasını xahiş edərək Konqresə məktub göndərib.

Bayden məktubunda yazır ki, Əfqanıstanda çökmə potensialı bir çox sahələrdə, o cümlədən ərzaq təhlükəsizliyi, su, gigiyena, sığınacaq və ölkə iqtisadiyyatının pisləşməsinə səbəb olub.

Bu kontekstdə Bayden ABŞ-da “Da Əfqanıstan Bankı”na (DAB) aid bəzi əmlakların ABŞ maliyyə qurumları tərəfindən qorunmasının son dərəcə vacib olduğunu və bunun Əfqanıstan xalqının rifahı üçün əhəmiyyət daşıdığını vurğulayıb.

Müxtəlif tərəflərin, o cümlədən terror qurbanlarının nümayəndələrinin DAB-ın mülklərinə qarşı qanuni iddialar irəli sürdüyünü bildirən Bayden, bu əmlaka girişin 14064 saylı fərmanla bağlandığını bildirib.


Müəllif: Nemət