Bill Qeyts Marsa getməkdənsə qızılca peyvəndi almağa üstünlük verəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, milyarder digər zənginlərdən fərqli olaraq kosmosa getmək əvəzinə peyvəndlərlə məşqul olmağa üstünlük verdiyini açıqlayıb.
O bildirib ki, Marsa getmək əslində çox baha başa gəlir:
"Əvəzində adambaşı 1000 dollara qızılcaya qarşı peyvənd ala və həyat xilas edə bilərsiniz. Süni intellekt bəşəriyyəti dəyişdirəcək. Bu, tibb və elmlə bağlı sualları araşdırmaq imkanı verəcək"
COVİD-19 yayılanda onun haqqında çıxan iddialara təəccübləndiyini də deyən 67 yaşlı iş adamı sözünə belə davam edib: “Pandemiya zamanı mən bunu qəsdən yaratdığım və ya başqalarını təqib etdiyim barədə milyonlarla mesaj aldım. Düzdür, peyvənd işində iştirak etmişəm, amma bunu insanların həyatını xilas etmək üçün aparmışam”.