7 Fevral 2023 12:08
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynada itkiləri durmadan artır. Gün ərzində 14 tank, 28 zirehli döyüş maşını və bir artilleriya sistemi məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Qeyd edilir ki, ötən gün ərzində 1030 rus hərbçisi məhv edilib.

Ukrayna tərəfi iddia edib ki, fevralın 7-nə qədər Rusiya ordusunun ümumi döyüş itkiləri 133 190 nəfərdir.


Müəllif: Nemət