15 Fevral 2023 00:55
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə polisi bomba təhlükəsi ilə əlaqədar parlament və hökumət üzvlərini Federal Sarayın binasından təxliyyə edib.

Teleqraf.com xəbər verir ki, təxliyəyə səbəb hökumət rəsmilərini sarsıtmaq təhdidləridir.

Polis Federal Sarayın qarşısındakı meydanı və ona bitişik küçələri mühasirəyə alıb, həmçinin deputatları, hökumət üzvlərini və sarayın yaxınlığında yerləşən bank işçilərini təhlükəsiz yerə aparıb.

İsveçrə paytaxtının sakinlərinə əraziyə getməmək tövsiyə olunub.

Bildirilir ki, artıq şübhəli şəxs həbs edilib. Hazırda mütəxəssislər istehkamçı robotun köməyi ilə meydanın yaxınlığında dayanmış avtomobillərdən birində partlayıcı qurğuların olub-olmamasını yoxlayırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər