17 Fevral 2023 10:09
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə axtarış-xilasetmə qruplarının işi intensiv şəkildə davam edir. ABŞ hərbi helikopterləri Türkiyədədir. Həmçinin avadanlıq və yardım ləvazimatları üçün kritik dəstək verilir.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Kirbi qeyd edib ki, hazırda İncirlik Hava Bazasından bölgənin müxtəlif nöqtələrinə çadırlar, su və kanalizasiya ləvazimatları, gigiyena dəstləri, uşaq bezləri, qızdırıcılar və generatorlar, eləcə də yardım işçiləri daxil olmaqla təxminən 18 ton yardım materialı daşınır.

ABŞ silahlı qüvvələrinin dəstək verməyə hazır olduğunu xatırladan Con Kirbi bildirib ki, bunu Türkiyə hökuməti ilə birlikdə edəcəklər:

"ABŞ Avropa Komandanlığı hərbi səylərimizə rəhbərlik etmək üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa Komandanlığını təyin edib. Lazım gələrsə, qitədə və Aralıq dənizində çoxlu sayda hərbi potensialımız var. Biz Türkiyə hökuməti ilə tam məsləhətləşərək və onların ən yaxşı ehtiyaclarına uyğun hərəkət edirik''.


Müəllif: Nemət