Ukraynada rus qoşunlarının ümumi itkisi 200 min hərbçi təşkil edir ki, onlardan 60 minə qədəri öldürülüb.
Teleqraf.com xəvər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyatının gündəlik hesabatında bildirilib.
"Rusiya Müdafiə Nazirliyinin qüvvələri və özəl hərbi şirkətlər, görünür, Ukrayna ilə müharibə başlayandan bəri 175-200 min insan itirib. Bura təxminən 40-60 min həlak olanlar daxildir", - hesabatda deyilib.
Eyni zamanda, "Vaqner" qrupu muzdlu əsgərlərinin yarısını itirib.
Britaniya hərbi departamenti qeyd edib ki, hesabatda öldürülənlərin sayının yaralıların sayına nisbəti müasir müharibə üçün qeyri-normal dərəcədə yüksəkdir: "Bu, demək olar ki, əksər bölmələrin son dərəcə primitiv tibbi dəstəyinə işarə edir. Ruslar itkilərinin çoxunu Ukrayna artilleriyasının zərbələri nəticəsində veriblər".