Bolqarıstan polisi fevralın 17-də Sofiya yaxınlığında içərisində 40-a yaxın qeyri-qanuni miqrantın olduğu yük maşını aşkar edib.
Teleqraf.com xəbər verir ki, İlkin məlumata görə, miqrantların18-i ölmüş halda olub.
Onların ölümünün ehtimal olunan səbəbi hava çatışmazlığıdır.
Miqrantlardan 16-sı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 10 nəfərə yerindəcə tibbi yardım göstərilib.
Polis məsələ ilə bağlı araşdırma aparır.