18 Fevral 2023 16:56
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa özünü müdafiə etmək istəyirsə, silaha sarılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Makron Avropanı müdafiə sənayesini gücləndirməyə çağırıb: “Avropa özünü müdafiə edə bilmək istəyirsə, silahlanmalı və istehsal qabiliyyətini sürətləndirməlidir. Bu, təcili lazımdır”.

Rusiya-Ukrayna müharibəsindən danışan Makron əlavə edib: “Biz uzanan münaqişəyə hazırıq. Mütləq ukraynalıların özlərini müdafiə etmələri üçün dəstəyimizi və səylərimizi artırmalıyıq. Eyni zamanda, sülhün hazırlanmasına özümüzü sərf etməli, dərhal şərtləri hazırlamalıyıq. Dialoq vaxtı hələ gəlməyib, çünki Rusiya müharibəni seçib”.


Müəllif: Nemət

Oxşar xəbərlər