Şimali Koreya Yapon dənizinə doğru iki qısa mənzilli ballistik raket atıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Renhap" agentliyi Cənubi Koreya ordusuna istinadən bildirib.
Məlumata əsasən, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) Komitəsi yerli vaxstla səhər saat 7:00-7:11 arasında Cənubi Pxenan əyalətindəki Sukçxon bölgəsindən iki qısa mənzilli raketin atıldığını qeydə aldığını bildirib:
"Monitorinq və ayıq-sayıqlığımızı gücləndirməklə, ordumuz ABŞ sıx əməkdaşlıq edərək hərbçilərimiz tam döyüş hazırlığını saxlayır".
Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşən qısa mənzilli ballistik raketlər (SRBM) bölgədəki qanadlı elementlərə ziyan vurmayıb.
Yaponiya baş naziri Kişida Fumio, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını Şimali Koreyanın sınaqlarının gündəliyi ilə bağlı iclasa dəvət etdiklərini söyləyib.
Tokio hökumətinin Pekindəki Yaponiya səfirliyi vasitəsilə Şimali Koreya rəhbərliyinə etiraz edib.
Cənubi Koreya Baş Qərargahı da raketlərin Sukçon bölgəsindən buraxıldığını, birincinin 390 kilometr, ikincisinin isə 340 kilometr hərəkət etdiyini açıqlayıb.
Qeyd edək ki, Pxenyan 2022-ci ildə 37 sınaqda 90-a yaxın müxtəlif növ və mənzilli raket atıb. 2023-cü ilin əvvəlindən bu yana isə 3-cü sınağını keçirir.