21 Fevral 2023 11:50
2 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kahramanmaraş vilayətində baş verən şiddətli zəlzələlərdə minlərlə insanın həyatını itirməsindən sonra İstanbulda mümkün zəlzələnin nə vaxt olacağı da maraq doğurur.

Teleqraf.com xəbər verir ki, yapon seysmoloq Yoşinori Morivaki gözlənilən İstanbul zəlzələsi ilə bağlı mühüm açıqlama verib.

Mütəxəssis İstanbulda tək bir qırılma olarsa 7 bal, iki qırılma olarsa 7.5 bal gücündə zəlzələ ola biləcəyini iddia edib.

Zəlzələnin nə vaxt baş verəcəyinə gəlincə, Morivaki deyib: “Araşdırmalara görə, 60-70 faiz ehtimalla 23 ildən sonra baş verə bilər”.

“İstanbulun hansı əraziləri zəlzələlərə daha davamlıdır” sualına, boğazın hər iki tərəfinin möhkəm olduğu cavabını verib:

“Beşiktaş, Şişli, Məcidiyəköy və Ataşəhir yaxşıdır”.

Morivaki Avcılar, Küçükçəkməcə və Büyükçəkməcədə layların daha yumşaq olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər