Ukrayna aviasiyası gün ərzində Rusiya qoşunlarının cəmləşdiyi ərazilərə və zenit-raket komplekslərinin mövqelərinə 20-dən çox zərbə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Müdafiə Qüvvələrinin aviasiyası sutka ərzində işğalçıların cəmləşdiyi rayonlara 17, o cümlədən zenit-raket komplekslərinin mövqelərinə 4 zərbə endirib. Raket qoşunları və artilleriya bölmələri düşmənin canlı qüvvəsinin cəmləşdiyi üç ərazini, sursat anbarını, yanacaq-sürtkü anbarını və Rusiya Federasiyasının digər mühüm obyektini vurub.
Rus qoşunlarının əsas səyləri hazırda Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorski istiqamətlərində hücuma cəmlənir. Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri bu istiqamətlərdə Rusiyanın 100-ə yaxın hücumunu dəf edib.
Yeri gəlmişkən, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında rus ordusunun itkiləri də açıqlanıb. Rusiyanın 2022-ci il fevralın 24-dən 2023-cü il fevralın 23-dək şəxsi heyət arasında ümumi döyüş itkiləri təxminən 145 min 850 nəfər təşkil edib.
Rusiya ordusu 1 illik müharibədə 3 min 350 tank, 6 min 593 zirehli döyüş maşınları, 2 min artilleriya sistemləri, 2 min 352, reaktiv yaylım atəş sistemləri, 299 təyyarə və 287 helikopter itirib".