Ankara böyükşəhər bələdiyyəsinin sədri Mansur Yavaş prezidentliyə namizəd olub-olmayacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, üzvü olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna zidd addım atmayacağını deyib.
Yavaş dünən prezidentliyə namizədliyi ilə bağlı dediyi “Altılıq Masası” məni namizəd göstərsə, bunu vəzifə borcum kimi qəbul edəcəm” sözlərinə belə aydınlıq gətirib:
“İki il əvvəl bütün televiziya verilişlərində dediyimi indi də deyirəm. Hörmətli sədrimizin (Kamal Kılıçdaroğlu) və Akşənərin iradəsinə qarşı heç bir addım atmayacam. Gündəmimizdə də yoxdur.
Bu məndən kənar, “Altılıq Masası”nın mövzusudur. Hörmətli sədrimiz və Akşənərin razılığı olmayan heç bir işlə məşğul olmuram, onların qərarını tam dəstəkləyirəm. İki ildir eyni şeyi deyirəm”.