FTB Leonardo di Kaprio və Kim Kardaşyanı dindirib.
Teleqraf.com xəbər verir ki, onlar "1MDB" şirkətinin iştirakı ilə mənimsəmə istintaqı ilə bağlı sorğu-sual edilib.
"Bloomberg Businessweek"in məlumatına görə, Di Kaprio 2018-ci ilin aprelində agentlərinə deyib ki, onun qaçaq iş adamı Cho Lou ilə münasibəti gecə klubunda başlayıb. O, Barak Obamanın 2012-ci ildə ABŞ prezidentliyi kampaniyasına xaricdən pul köçürməkdə və Lou və Çin hökuməti üçün lobbiçilik etməkdə ittiham olunur.
Kardaşyan isə qeyri-adi bir pul köçürməsindən də danışıb. Onun sözlərinə görə, o və digərləri Las Veqasdakı bir kazinoda olub, səhər saat 5-də buradan ayrılmaq istəyib. Amma dostu qalacağını söyləyib. Oyun zamanı Kardaşyan böyük miqdarda pul udub.
Kim FTB-yə bildirib ki, o, pul çıxarmaq üçün kazino piştaxtasına gedəndə ona “100 dollarlıq əskinaslarla dolu zibil torbasında” 250 000 dollar veriblər. Sonra isə Los-Ancelesə qayıdıb.