İtalyanın Siciliya adası sahillərində 1250 qaçqın xilas edilib.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bu şəxslərin Etna adlı gəmi ilə Nigeriyadakı gərgin şəraitdən qaçdığı bildirilir. Rəsmilər qaçqınlardan 900 nəfərin Ragusa bölgəsinə aparıldığını və hamısının vəziyyətinin normal olduğunu açıqlayıblar.
Qeyd edək ki, ötən il Siciliya adası sahillərində gəminin batması nəticəsində 300-dən çox afrikalı qaçaq immiqrant həyatını itirib.
Samir