4 Mart 2023 12:10
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saat 5 radələrində Türkiyənin şərqində 4,3 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar Malatyadan 31 km cənubda və Çelikxandan 6 km şimal-qərbdə, 2 km dərinlikdə baş verib.

Hatayın Antakya rayonunda da saat 06.03-də 4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ 7,23 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər böyük dağıntılara səbəb olub. 45 mindən çox insan təbii fəlakətin qurbanı olub.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər