Gürcüstanın parlament çoxluğu “Xarici agentlər haqqında qanun layihəsini” ikinci oxunuşda rədd edəcək.
Teleqraf.com “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, bunu “Gürcü arzusu” partiyasının sədri Mamuka Mdinaradze keçirdiyi brifinqdə təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl “Xarici agentlər haqqında” qanun layihəsinin Gürcüstan parlamentinin gündəliyindən çıxarıldığı bildirilmişdi.