Liviya sahillərində miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində 30-a yaxın adam itkin düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İtaliya Sahil Mühafizəsi Xidməti bildirib.
"Xilasetmə əməliyyatı zamanı qayıq batıb, 17 nəfər xilas edilib, lakin daha 30 nəfər itkin düşüb", - deyə qeyd olunub. Bildirilb ki, insanların axtarışı “ərazidə yerləşən ticarət gəmilərinin köməyi ilə” aparılır.
İtaliya Sahil Mühafizəsinin məlumatına əsasən, martın 11-nə keçən gecə 47 miqrantın olduğu gəmi barədə qeyri-hökumət təşkilatı məlumat verib.