Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan rayonunda 4,8 maqnituda gücündə zəlzələ baş verib.
Teleqraf.com “CNN Türk”ə istinadən xəbər verir ki, yeraltı təkan bu gün səhər saatlarında qeydə alınıb.
Təbiət hadisəsi nəticəsində itki və dağıntıların olub-olmaması barədə hələ məlumat yoxdur.