Rusiya qüvvələri Donetsk vilayətinin Baxmut şəhərində zəif də olsa irəliləyir, “Vaqner” qrupunun da hücumu kulminasiya nöqtəsinə yaxınlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Amerikalı analitiklər hesab edirlər ki, Rusiya qüvvələri Baxmutda kiçik taktiki uğurlar əldə edə bilirlər.
Son sutka ərzində Rusiya qoşunları Baxmuta 42 dəfə hücum cəhdi edib.
ISW martın 16-da rus ordusunun Baxmutda cüzi irəliləyişinin qeydə alındığı və ya müəyyən əraziləri ələ keçirdiyini bildirir. Bununla yanaşı, “Vaqner”in sözügedən istiqamətdəki hücumlarının kulminasiya nöqtəsinə yaxınlaşmasına da diqqət çəkilir.
Bundan başqa, Rusiya Donetsk vilayətinin qərbində, Donetsk şəhərindən 30 km məsafədə yerləşən Vuqledar şəhəri yaxınlığında lokal hücumları davam etdirir. Bununla belə, analitiklərin fikrincə, yaxın gələcəkdə bu yöndə yeni böyük hücum ehtimalı azdır.
“Vuqledar yaxınlığındakı Rusiya qüvvələrinin durumu son dərəcə acınacaqlıdır. Hazırda Donetsk vilayətinin qərbində yerləşən Şərq Hərbi Dairəsinin ciddi şəkildə zədələnmiş dəniz piyadaları və hissələri, çətin ki, yaxın gələcəkdə yeni hücumlar üçün bərpa oluna bilsin”, - təhlildə vurğulanır.