20 Mart 2023 11:30
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Afrika Respublikasında (MAR) qızıl mədəninə silahlı basqın edilib.

Teleqraf.com xəbər verir ki, Çin şirkətinin idarə etdiyi mədəndə olan 9 çinli basqın zamanı həyatını itirdiyi, 2 nəfərin isə yaralandığı bildirilib.

Mədənin yerləşdiyi Bambari şəhərinin meri Abel Matipata mədənin bir neçə gün əvvəl işə düşdüyünü açıqlayıb.

Hücum edənlərin yaxalanması üçün bölgədə əməliyyatın başladığı deyilib.

Hücuma görə məsuliyyəti hələ heç kim üzərinə götürməsə də, qiyamçı Vətənpərvərlər Koalisiyası (CPC) açıqlamasında hücumun arxasında Rusiyanın bölgədəki “Vaqner” qrupu olduğunu iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər