25 Mart 2023 08:29
267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın “Intel” şirkətinin yaradıcılarından biri Qordon Mur 95 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə mikroprosessorların istehsalı ilə məşğul olan "Intel" şirkətinin saytında deyilir.

Bildirilir ki, Q.Mur, cümə günü, martın 24-də Havaydakı evində ailəsinin əhatəsində vəfat edib.

"Intel"in baş direktoru Pat Qelsingerin sözlərinə görə, "Q.Mur texnologiya sənayesini öz biliyi və baxışı ilə müəyyən edib".

"Mənim karyeram və həyatımın çox hissəsi Qordon Murun "Intel"də verdiyi imkanlarla formalaşıb və onun irsini davam etdirmək mənim üçün şərəfdir və məsuliyyətimdir", - deyə P.Qelsinger bildirib.

Xatırladaq ki, 2016-cı ildə "Intel"in həmtəsisçisi Endryu Qrouv 79 yaşında vəfat etmişdi.


Müəllif: Teleqraf.com