25 Mart 2023 22:14
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya polisi şənbə günü Berlində əl qumbarası və bıçaqla üç nəfərə hücum edən 61 yaşlı kişini həbs edib.

Teleqraf.com xəbər verir ki, cinayətkar cümə günü axşam saatlarında Almaniya paytaxtının Reinickendorf rayonunda yaşayış binasının girişində qumbara partladıb, nəticədə 42 və 48 yaşlı iki qadın, həmçinin 61 yaşlı kişi yaralanıb.

Daha sonra şübhəli hər üç şəxsi bıçaqlayıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Təcavüzkar gizlənsə də, polis onu yaxınlıqdakı parkda həbs edib.

Polis hələ də hücumun mümkün motivlərini və şübhəli və qurbanların bir-birini tanıyıb-tanımadığını araşdırır.

"Dpa" agentliyi xəbər verir ki, hücumu törədən şəxs serbdir və qadınlardan ikisinin də Serbiya vətəndaşlığı var, yaralanan şəxs isə Bosniya və Herseqovinadandır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər