Bazar günü saat 19:00-da (Bakı vaxtı ilə 18:00-da) Türkmənistanda 7-ci çağırış Məclisin (parlament) deputatları, habelə vilayət, rayon, şəhər və yerli özünüidarəetmənin xalq şuralarının üzvlərinin seçkiləri üzrə səsvermə başa çatıb.
Teleqraf.com xəbər verir ki, ümumilikdə respublika üzrə 2 602 seçki məntəqəsi səhər saat 07:00-dan (Bakı vaxtı ilə 06:00) saat 19:00-dək (Bakı vaxtı ilə 18:00) fəaliyyət göstərib.
Rəsmi məlumatlara görə, əhalisi 6,2 milyon nəfər olan Türkmənistanda 3 milyon 496 min 475 seçici qeydə alınıb.
Parlament seçkilərində ölkənin hər üç siyasi partiyası iştirak edib: Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları. Ümumilikdə ölkə vətəndaşları Məclisə 125 deputat seçiblər. Qeydə alınmış namizədlərin sayı 258 nəfər olub.