Ukrayna müdafiə qüvvələri gecə saatlarında Rusiya tərəfindən buraxılan 15 ədəd “Şahid” (İran istehsalı) hücum pilotsuz təyyarəsindən 14-nü məhv ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmən gecə saatlarında hava zərbələri üçün “Şahid-136” tipli 15 hücum PUA-sından istifadə edib. Onlardan 14-ü müdafiəçilərimiz tərəfindən məhv edilib”, - məlumatda deyilir.
Eyni zamanda, ötən gün ərzində rus ordusu Ukraynaya 24 hava və 12 raket zərbəsi endirib.
Ayrıca, Baş Qərargah Kiyev ətrafında 10 İran istehsalı PUA-nın aşkar olunaraq, məhv edildiyini açıqlayıb.