30 Mart 2023 09:56
1 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Dəməşq (Suriya) yaxınlığında yerləşən İranla əlaqəli hərbi obyektlərə raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri Qolan Təpələrindən Suriyanın paytaxtı istiqamətində bir neçə raket atıb. Suriyanın hava hücumundan müdafiə qüvvələri onlardan yalnız bəzilərini vura bilib.

Suriyanın “Səna” dövlət agentliyi dəymiş ziyanı təsdiqləyib, Əl-Midanda suriyalı hərbçilər arasında bir neçə yaralı var.

İngiltərədə yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) da bildirir ki, İsrail Hərbi Hava Qüvvələri Qasiun dağı (Dəməşqin şimal kənarı) yaxınlığındakı hərbi mövqelərə hücum edib.

İsrail tez-tez Suriyada İranla əlaqəli hərbi hədəflərə zərbələr endirir. İran bölgədə İsrailə qarşı terror qruplaşmaları yaradıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər