31 Mart 2023 16:35
2 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Baş naziri Viktor Orban Ukraynadakı müharibənin narahatedici və təhlükəli olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, baş nazir yeni və daha güclü silahların istifadəsi ilə bağlı getdikcə daha çox qərarların verildiyini və Qərbin Ukraynaya daha müasir texnika göndərməkdə davam etdiyini deyib.

"Avropa və ABŞ liderlərinin bəziləri tərəfindən şişirdilmiş səslənə bilər ki, işlər belə davam edərsə, Üçüncü Dünya Müharibəsi olacaq, bu, real təhlükədir”, - Orban vurğulayıb.

Macarıstanın baş naziri əlavə edib ki, müharibə getdikcə daha qanlı və amansız xarakter alır, amma sülhü dəstəkləyən Avropa ölkələrinin və liderlərinin sayı artmayıb: “Avropa ictimaiyyəti daha çox atəşkəs və sülh müzakirələrindən danışmağa başlayıb, amma qurbanların sayı artır”.

Orban həmçinin bildirib ki, Avropa liderləri Ukraynaya sülhməramlılar göndərmək barədə ciddi düşünməyə başlayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər