NATO təhlükəsizlik səbəbi ilə işçilərinə Tiktok sosial şəbəkə tətbiqini iş cihazlarına yükləməyi qadağan edib.
Teleqraf.com xəbər verir ki, NATO rəsmiləri kibertəhlükəsizliyin qurum üçün əsas prioritet olduğunu bildiriblər.
"NATO-nun rəsmi istifadə üçün proqramların seçilməsi ilə bağlı ciddi tələbləri var. Tiktok NATO-nun təqdim etdiyi cihazlarda mövcud deyil", - alyansdan bildirilib.