Xilasedicilər aprelin 6-da Miyako adasının cənubunda qəzaya uğrayan yüksək rütbəli hərbçiləri daşıyan Yaponiya hərbi helikopterinin ekipajının beş üzvünün cəsədini tapıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə "Kyodo" agentliyi xəbər verib.
Axtarış qrupu qəzaya uğrayan helikopterin qalıqlarını da tapıb.
Qəza zamanı təyyarədə 2 pilot və Kumamoto prefekturasında yerləşən Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin 8-ci Diviziyasının komandiri də daxil olmaqla 10 nəfər olub.