1 May 2023 15:28
2 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyi üçün Avropa Birliyi üzvlüyünə namizəd statusu verilmir.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın paytaxtı Tiflis şəhərinin meri Kaxa Kaladze deyib.

“Namizəd statusunun verilməməsi siyasi qərardır, ictimaiyyət bunun niyə baş verdiyini çox yaxşı anlayır. Çünki Gürcüstan hökuməti onlara problem yaradır, sanksiyalara qoşulmur, müharibəyə başlamır, ölkədə ikinci cəbhə açmır”, - şəhər meri bildirib.

Kaladze əlavə edib ki, hökumət namizəd statusu almaq üçün Gürcüstana verilmiş 12 tövsiyənin icrası üzərində işləyir:

“Hökumətimiz namizəd statusu alması üçün hərtərəfli iş görməyə və hər şeyi etməyə hazırdır. Hansı qərarın veriləcəyi bizdən asılı deyil. Versələr, sevinəcəyik, vermirlərsə, bu da problem deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər