3 May 2023 09:47
1 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu gecə saatlarında Ukraynaya 26 ədəd “Şahid-136” və “Şahid-131” hücum dronları atıb. Ukrayna Hərbi Hava Qüvvələri 21 dronu məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İranın kamikadze pilotsuz təyyarələrinin buraxılışı şimaldan (Bryansk vilayəti) və cənubdan - Azov dənizinin şərq sahillərindən həyata keçirilib.

Rusiya qüvvələri gecə kamikadze dronları ilə Kiyev vilayətini vurub. Bu zaman bir sıra bölgələrdə hava xəbərdarlığı elan edilib.

Kiyevə atılan dronların mütləq əksəriyyəti sıradan çıxarılıb.

Dnepropetrovsk vilayəti üzərində 7 İran “Şahid”i vurulub. Biri isə inzibati binaya dəyib, nəticədə yanğın baş verib, amma xoşbəxtlikdən itki yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu