“Kamal Kılıçdaroğlu seçki blokunu mənimlə qurmalı idi, amma səhvə yol verdi”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentliyinə namizəd, Məmləkət Partiyasının sədri Məhərrəm İncə deyib.
Siyasətçi CHP sədri Kamal Kılıçdaroğlunun yanlış seçim etdiyini bildirib:
“Davudoğlu, Babacan, Təməl Karamollaoğlu – hamısının səslərini toplasan, bir faiz etməz. Görüləcək bir iş vardı. Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Məmləkət Partiyası ilə Cümhuriyyətçilər və Atatürkçülər İttifaqı qurulmalıydı. Doğrusu bu idi, amma etmədilər. İndi Ərdoğanın keçmiş adamları ilə ölkəni xilas etmək istəyir”.