Türkiyənin Konya şəhərinin Kulu rayonunda 4,2 maqnitudalı zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 7,86 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 03:14-də qeydə alınıb.