14 May 2023 09:34
1 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski “qapalı qapılar arxasında” Rusiya ərazisinə hücumlar planlaşdırıb, neftin Rusiya Federasiyasından Macarıstana çatdırıldığı boru kəmərini sıradan çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post”nəşri Pentaqonun internetə sızmış məxfi sənədlərinə istinadən yazır.

Nəşr qeyd edir ki, məxfi sənədlərdə Zelenskinin hərbi komandanlıqla şəxsi yazışmaları yer alır. Qeyd olunur ki, Kiyevin Qərbin Rusiya ərazisinə zərbələr endirmək üçün verdiyi silahlardan istifadə etməkdən imtina etməsinə dair verdiyi zəmanətlərə baxmayaraq, Zelenskinin Rusiya Federasiyasının sərhədləri daxilində hədəfləri vurmaq fikrini tərk etmədiyini və uzun mənzilli raketlərdən istifadə etmək istədiyini sübut edir.

Həmçinin, məxfi sənədlərdə bildirilir ki, 2023-cü il fevralın ortalarında Zelenski baş nazirin müavini Yuliya Sviridenko ilə görüşüb və o, neftin Macarıstana nəql olunduğu “Drujba” neft kəmərini “partlatmağı” təklif edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər