Yunanıstan xarici işlər naziri Nikos Dendias Türkiyədə keçirilən prezident və parlament seçkiləri ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, yunan nazir Prezident Rəcəb Tayyib Ərdoğanın uduzacağını gözlədiklərini gizlətməyib.
Onun sözlərinə görə, Qərbin proqnozlarının əksinə olaraq, Ərdoğanın hakimiyyəti hələ bitməyib. Dendias Türkiyənin kifayət qədər dərin, böyük bir ölkə olduğunu, sorğularla dəqiq ölçü götürməyin çətin olduğunu da vurğulayıb.
“Həmişə ən yaxşı nəticələrə ümid edirik, eyni zamanda özümüzü ən pisə da hazırlayırıq”, - nazir əlavə edib.
Prezident Ərdoğan seçkiləri böyük fərqlə irəlidə bitirib.