19 May 2023 23:55
9 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin lideri Si Cinpin yaxın vaxtlara qədər Rusiyanın dominan rola malik olduğu bölgə - Mərkəzi Asiya üçün genişmiqyaslı inkişaf planını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Bu gün Çində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin bir araya gəldiyi “Çin-Mərkəzi Asiya” sammiti keçirilib. Sammitə sədrlik edən Cinpin bildirib ki, Çin bu regionun inkişaf strategiyasının əlaqələndirilməsini öz üzərinə götürməyə hazırdır - region ölkələrinin daxili və beynəlxalq təhlükəsizliyinin möhkəmləndirilməsindən tutmuş mühüm infrastruktur layihələrinin tikintisinə qədər.

Həmçinin, o, Çin şirkətlərinin region ölkələrinə gəlməsini vəd edir ki, bu da yerli sakinləri əlavə iş yerləri ilə təmin edəcək. Pekin yerli hökumətlərə 3.8 milyard dollar məbləğində maliyyə dəstəyi vədini də verib.

“Çin təbii resurslarla zəngin regionda siyasi təsir dairəsini genişləndirir və enerji resursları uğrunda yarışda özünə ön sıralarda yer edib. Başı Ukraynadakı müharibəyə qarışan Rusiya isə diqqəti oradan yayınıb. ABŞ da Əfqanıstandan qoşunlarını çıxardıqdan sonra oradakı mövcudluğunu zəiflədib”, - agentlik bildirir.

Ticarət dəhlizləri şəbəkəsinə malik beş keçmiş sovet respublikası Çin-Avropa marşrutu üzrə yanacaq, ərzaq və digər malların daşınması üçün Çinə alternativ yollar təklif edir.

Bundan əlavə, bu sammit Ukraynadakı müharibə ilə bağlı şübhəli mövqeyinə görə fəal şəkildə tənqid olunduğu, paralel olaraq davam edən G7 liderlərinin sammiti fonunda informasiya gündəmində Çin üçün əks çəkiyə çevrilməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər