ABŞ prezidenti Co Bayden və Ukrayna dövlət başçısı Vladimir Zelenski mayın 21-də Xiroşimada (Yaponiya) danışıqlar aparacaqlar.
Teleqraf.com xəbər verir ki, ABŞ prezidentinin iş cədvəli açıqlanıb.
"Saat 14:15-də Prezident Ukrayna Prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüşdə iştirak edəcək", - deyə bildirilib.
Danışıqların "Grand Prince Hiroshima" otelində aparılacağını qeyd edilib.
Görüşdən əvvəl protokol çəkilişlərinin aparılması gözlənilir.