Liviyanın şərqindəki Darna limanında Yunanıstana aid "Araevo" adlı neft yüklü tanker döyüş təyyarəsinin hücumuna məruz qalıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, dünən döyüş təyyarəsi tərəfindən vurulan tankerin 26 nəfərlik heyətindən ikisi həlak olub, ikisi yaralanıb.
Yunanıstan Xarici İşlər Nazirliyi tankerə hücumu şiddətlə qınayıb. Nazirliyin açıqlamasında bildirilir ki, hücum zamanı bir Yunanıstan və bir Rumıniya vətəndaşı həlak olub, 2 nəfər yaralanıb. Ölən Yunanıstan vətəndaşının cənazəsinin ölkəyə gətirilməsi üçün tədbirlər görülür.
Bu faciəli hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Liviya hökuməti, BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Bernadino Leon və ATƏT-in xüsusi nümayəndəsi Federica Mogherini arasında olayla bağlı müzakirələr aparılıb.
Nihad