“Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv olmaqdan hələ də uzaqdır”.
Teleqraf.com xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.
“İndi (MDB olaraq) Avrasiya Birliyi ilə çox sıx əməkdaşlıq edirik. Siz Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə Avrasiya Ali İqtisadi Şurasının toplantısında iştirak etdiyini gördünüz, o, jurnalistlərə Avrasiya İqtisadi Birliyi ilə fəal əməkdaşlığa hazır olduqlarını söylədi. Əlbəttə, Azərbaycan hələ də Avrasiya İqtisadi Birliyinə üzv olmaqdan uzaqdır”, - MDB baş katibi bildirib.